
"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində İsveç "Göteborq"u ilə keçirəcəyi ilk oyuna təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının səfər matçını polşalı hakimlər idarə edəcək.
Avropa Liqası, "pley-off" mərhələsi
İlk oyun
21:00. "Göteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Pavel Raçkovski
Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)
Qotenburq, "Qamla Ullevi" stadionu