"Qəbələ" keyfiyyətli futbol nümayiş etdirir. Sürətlə hücuma keçməyə qadir olan komandadır". Sportnet.az-ın məlumatına görə, bunu Sloveniya mətbuatına açıqlamasında "Maribor" klubunun futbolçusu Aleks Pihler deyib.
Avropa Liqasının "Pley-off" mərhələsində Bakıda "Qəbələ"nin qonağı olacaq Sloveniya təmsilçisinin yarımmüdafiəçi cütün favoriti olduqlarını deyib: "İstənilən halda "Maribor" favorit hesab olunur. Ancaq şansları bərabər dəyərləndirirəm".
Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" qarşılaşması saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Sloveniyada olacaq.









                 





    
    
    
    
    
    
    
    
    























































