1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Bütün diqqətimizi DÇ-2018-ə yönəltməliyik"
"Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm". Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı baş məşqçi Ramil Şeydayevlə Emin Mahmudovun milli komandada çıxış etmək perspektivi barədə fikirlərini bildirib: "Onların gələcək karyeraları özlərindən asılıdır. Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcəklər. Onları diqqət mərkəzində saxlayacağıq, ehtiyac yaranarsa, köməkçilərim oyunlarını canlı izləyəcək".
47 yaşlı mütəxəssis avqustun 24-dən start götürəcək milli komandanın təlim-məşq toplanışına hər iki futbolçunun dəvət olunacağını söyləyib: "Bu futbolçuların milli komandada çıxış etməsi bizim Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. İkisi də gəncdir və uzun illər milli komandada çıxış etmələri mümkündür. Hərçənd işimiz bununla kifayətlənməyəcək, gənc oyunçuların axtarışını davam etdirəcəyik. Unutmayaq ki, bizi 2020-ci ildən əvvəl DÇ-2018-in seçmə mərhələsinin oyunları gözləyir. Hələ ki bütün diqqətimizi bu seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq".
R.Prosineçki Avropa Liqasının "pley-off" mərhələsində çıxış edəcək "Qarabağ" və "Qəbələ" klublarına uğurlar arzulayıb: "İnanıram ki, hər iki komanda uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, azarkeşlərini sevindirəcək. Bu, Azərbaycan futbolu üçün çox vacibdir".