1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Bu, əvvəlkilərdən də çətin olacaq"
"Çətin rəqibə qarşı oynayacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveç "Göteborq"u ilə keçirəcəkləri Avropa Liqasının ilk "pley-off" matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyununa çıxan rəqib hazırda pik nöqtədədir: "Üstünlük "Göteborq" tərəfdədir. Çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusən, pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Göteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".
Qeyd edək ki, avqustun 18-də Qotenburq şəhərindəki "Qamla Ullevi" stadionunda keçiriləcək "Göteborq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.