1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Neymar Olimpiya çempionluğunun bir addımlığında
"Rio-2016" Yay Olimpiya Oyunlarında kişi futbolçuların yarışında finalçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həlledici matçda Braziliya və Almaniya yığmaları üzləşəcək.
Meydan sahibləri kapitanı Neymarın dublu ilə Hondurası yarımfinalda 6:0 hesabı ilə darmadağın edib. Digər yarımfinalda isə almanlar Nigeriyaya 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Braziliya - Almaniya finalı avqustun 20-də "Marakana” stadionunda keçiriləcək.