
Avropa Liqasının "pley-off" mərhələsinin Bakıda keçiriləcək "Qəbələ" - "Maribor" oyununu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də yer alıb. Sportnet.az-ın məlumatına görə, qurum rəhbəri az öncə oyunun keçiriləcəyi "Dalğa Arena"ya gəlib.
R.Abdullayevlə yanaşı AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də oyunu izləyənlər arasındadır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da "Dalğa Arena"dadır.
Qeyd edək ki, "Qəbələ" - "Maribor" matçı saat 21:00-da start götürəcək.