1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Maribor"un baş məşqçisi: "Qəbələ" çox güclü rəqib idi"
"Şətin şərtlər altında, çətin oyun keçdi. Bir sıra bəxtsiz vəziyyətlərə görə uğursuz nəticə qeydə alındı". Sportnet.az-ın məlumatına görə, bunu Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə keçirilən oyundan sonra baş tutan mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis 1:3 hesablı məğlubiyyəti belə izah edib: "Hesab 1:0 və 1:3 olanda bizim şanslarımız vardı. Buraya müdafiə üçün gəlməmişdik. İlk hissədə planlaşdırdığımız işləri görməli idik. Rəqib geri çəkildi və topa nəzarət bizdə idi. "Qəbələ"nin əks-hücumlarda təhlükəli olduğunu bilirdik. Oyunun nəticəsinə təsir edən gözlənilməz məqam yox idi. Buraxılan toplar cərimə meydançasından qayıdanlar oldu. İkinci qol da elə oldu və top bizim komandadan getdi. Üçüncü qolda qapıçı üzərində açıq-aşkar cərimə vardı. Həmin epizodda əxtsizlik öz sözünü dedi. Bugünkü oyun hər iki istiqamətdə cərəyan edə bilərdi. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, meydanı güləriz tərk edərdik".
Baş məşqçi bu gün "Qəbələ"nin daha güclü olduğunu deyib: "Qəbələ" çox güclü rəqib idi və bunu dünən demişdim. Bu fikrimdən də dönmürəm. Buna baxmayaraq qarşıda növbəti 90 dəqiqə var və şanslarımız qalıb. Rəqibin güclü komanda olması faktı dəyişməz olaraq qalır. Sadəcə olaraq bəzi epizodlar bizim lehimizə işləmədi. Bu rəqibin əlehinə də ola bilərdi".
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.