
"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə səfər oyunundan keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 0:1 hesabı ilə uduzduqları matçda məğlubiyyətə layiq olmayıblar: "Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nəysə fikirləşəcəyik. Şanslar bərabərdir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".