"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsinin Sloveniya "Maribor"u ilə ilk oyundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda nə düşünürsünüz?
- Maraqlı oyun keçdi. Gözlədiyimizdən də gözəl oyun alındı. Boşalmaq olmaz. Rəqibimiz çox güclü idi. Bütün suallara səfər matçında aydınlıq gələcək.
- İlk qoldan sonra planların alt-üst olduğunu düşündünüzmü?
- Xeyr. Çünki artıq komanda şəklində formalaşmışıq. Qol buraxsaq da, özümüzə gəlməyi bacardıq. Artıq eyni üslubda oynayırıq.
- Hücumçu məsələsi həll olunub?
- Xeyr, axtarımız davam edir. Bu, yaralı yerimizdir. Əlcəzairli hücumçu ilə son anda anlaşa bilmədik.
- Komanda qrup mərhələsinə düşsə, rəhbərlik daha çox pul ayıracaq?
- Əlimizdə nə varsa, bundan maksimum istifadə edirik. Hücumçu transfer edilməsi mümkündür. Klub prezidenti ilə danışacağıq və qərar veriləcək.
- Məhdud heyət və az məbləğlə qazanılan bu nəticə yaxşıdır?
- Buna kənardan qiymət vermək lazımdır.
- Premyer Liqanın növbəti turunda "Sumqayıt”la oyunun təxirə salınması söz-söhbətə səbəb oldu...
- Səfərə yollanmaq çün az vaxt qalırdı. Heyətimiz kasaddır. Bizi başa düşsünlər.
- Avrokuboklarda lk dəfə "Dalğa Arena”da oynadınız. Dəyişikliyi hiss etdiniz?
- Bəli. İlk 2 turda da bu stadionda oynamışdıq. Hiss olunurdu ki, futbolçular mühitə uyğunlaşma prosesi matçın əvəvlindəcə keçirdilər.
- Komanda Qəbələyə nə vaxt qayıdacaq?
- Bunu millinin oyunlarından sonra planlaşdırırıq.