"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin İsveçin "Göteborq” klubu ilə cavab oyununa biletlər satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletləri bu gün saat 11:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq. 
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN,  6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN,  11-18 nömrəli sektorlar - 5AZN,  VİP - 30 AZN-dir.
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı avqustun 25-i saat 20:30-da start götürəcək.









                 





    
    
    
    
    
    
    
    
    




















































