17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan futbolçularımız 1:3 hesabı ilə məğlub olub.
Yığmamızın qolunu Kamran Quliyev vurub.
Avqustun 23-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.





































































