Uzun müddətdir zədədən əziyyət çəkən Azərbaycan millisinin sabiq üzvü Arif İsayev qarşıdakı 2 ay müddətində də yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Sportnet.az-a futbolçunun özü məlumat verib.
10 aydı futboldan uzaq qalan İsayev müalicəsini Azərbaycanda davam etdirdiyini deyib. Türkiyənin "Dənizlispor" klubu ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi karyerasını yenidən qardaş ölkədə davam etdirmək istədiyini söyləyib:
"Dənizlispor”la müqaviləm artıq bitib. Amma hər şey ola bilər. Elə Türkiyədə qalmağı fikirləşirəm. Təkliflər, zənglər olur, ancaq tam sağaldıqdan sonra təklifləri dəyənləndirəcəm. Hələ ki, vətəndəyəm”.
Röya KƏRİMLİ
Röya KƏRİMLİ