"Qarabağ"n Avropa Liqasının pley-off mərhələsində rəqibi olan İsveçin "Göteborq" klubunun idman direktoru Mats Qrinin Sportnet.az-a müsahibəsi
- Bakıya səfəriniz necə keçdi? Yubanmağınız nəylə bağlı idi?
- Yubanmamız Bakıyla bağlı deyildi. Göteborqda hava limanında ortaya çıxan problemlə əlaqədar idi. Yoluna qoyuldu və gəlişimizdə problem yaranmadı.
- Oynayacağınız stadion, meydança sizdə necə təsir bağışladl?
- İlk dəfədir Azərbaycandayıq. Buna baxmayaraq ilk təəssüratlarımız çox yaxşıdır. Nə qədər azarkeş olacağını bilmirəm. Ancaq böyük stadion olduğunu görürük.
- İlk oyunda bəxt sayəsində qələbə qazandığınızı düşünürsünüz?
- Bəli. Topa 70 faiz "Qarabağ" sahib oldu. Ancaq biz cərimə zərbəsindən vurduğumuz gözəl qolla qalib gəldik. Sabah biz çox çətin oyun gözləyir. Çalışacağıq ki, burda müsbət nəticə göstərək.
- Buna nail olmaq şanslarınızı necə dəyərləndirərdiniz?
- Ev-səfər oyununu götürəndə, 1:0 yaxşı nəticədir. Ancaq hesabda üstün olmağımıza baxmayaraq, şansları bərabər dəyərləndirirəm.
- Qrup mərhələsinə düşməyi qarşımıza məqsəd kimi qoymuşdunuz?
- Təbii ki, yarışa qatılanda bir məqsəd olmalıdır. Son 2 ildə III təsnifat mərhələsində məğlub olmuşduq. Bu dəfə həmin mərhələdə Polşa klubunu yendik və pley-offa düşdük. Niyə də qrupa düşmək olmasın?
- İsveçlə Azərbaycan milli komandası arasında böyük səviyyə fərqi var. Hər halda, ölkənizin Zlatan İbrahimoviç kimi ulduz futbolçusu var. Bəs klub səviyyəsində "Qarabağ"ı sizə layiqli rəqibdirmi? Komandamızın gücü sizi təəccübləndirmədi?
- Milli komandayla klub arasında müqayisə doğru deyil. Burada legioner limiti və başqa amllər var. Mən sizin şərtlərinizi bilmirəm k, hansı limitilə oynayırsınız. Çempionatınızda nə qədər yerli, Azərbaycan pasportu olan futbolçunun oynamasından xəbərdar deyiləm.
- Klubunuzda ən bahalı futbolçu nə qədər qazanır?
- Məvacibi söyləmək düzgün deyil. Ona görə də deyə bilmərəm. 14-15 milyon avro büdcəmiz var.