1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Qrupa düşməyə köklənmişik"
"Maribor”u tam təhlil etdikdən sonra Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pleyy-off mərhələsiondə Sloveniyanın "Maribor" klubu ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında bidlriib. Ukraynalı mütəxəssis Bakıda 1:3 hesabı ilə uduzan rəqibin öz meydanında daha güclü oynayacağını söyləyib: "Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdi ki, sabah meydanda maraqlı futbol izləniləcək".
Qriqorçuk Premyer Liqanın son turunda oynamamaqlarını üstünlük saymır: "Çünki "Maribor”da demək olar ikinci heyətlə meydana çıxıb. Bəzi futbolçular isə 45 dəqiqə oynayıblar. Rəqib üçün bunu problem saymıram. Gördüyümüz hər işin, nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm. Sabahkı oyuna və hazırlığına yanaşmamızın düzgünlüyünə də inanıram. Bu üzdən də güclü qalib gəlsin".
Ukraynalı çalışdırıcı meydanı görmədiyindən onun durumu haqda heç nə deyə bilməcəyini söyləyib: "Əgər ot örtüyü yaxşı deyilsə, hər iki komanda eyni durumda olacaq. Çünki "Maribor” kimi kombinasiyalı futbol oynayan komandaya da yaxşı meydan lazımdır. Oyun zamanı müşahidə olunacaq hava şəraiti də hər iki tərəf üçün eyni olacaq. Rəşad Sadiqovun oynayıb-oynamayacağını özü ilə müzakirə edib, qərar qəbul edəcəyik. Rəqibimizin cari mövsümdə çempionatda qalib gəlməməsinin sabahkı görüşə təsiri yoxdur. Bu matç hər iki klub üçün çox vacibdir. "Maribor”un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq”.