Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" və İsveçin "Göteborq" komandaları arasında keçirilən cavab görüşündə maraqlı hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, rəqib futbolçu Tobias Hisen zədələnib və oyunu xərəkdə tərk etməli olub.
Ancaq xərək götürənlərdən biri meydançanı tərk edərkən yıxılıb. "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli yaxınlaşaraq xərəyi daşımağa kömək edib. Aqollinin bu addımı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, hazırda "Qarabağ" 3:0 hesabı ilə qalib gəlir.