1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Ən azı 2 transfer etməliyik" - MÜSAHİBƏ
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsindəSloveniyanın "Maribor" klubu ilə cavab oyunundan sonra "CBC Sport"a müsahibə verib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ardıcıl 2-ci il qrupa düşmələrindən və bir sıra mətləblər haqda danışıb.
- Komandamız azlıqda qalandan sonra axır 20 dəqiqədə hansı hissləri keçirirdiniz?
- Həmin vaxt emosiyaları özümdən uzaqlaşdırmağa, tam sakit olmağa çalışırdım. Bu müddətdə hansısa dəyişiklər etmək üçün oyunu diqqətlə izləyirdim.
- Bilirik ki, bu oyuna ciddi hazırlaşmışdınız. İlk hissədə ikinci hissənin əvəvlində olduğu kimi yaxşı oynamadınız. Fasilədə futbolçularınıza nə dediniz ki, onlar ikinci hissədə meydana belə enerjili çıxdılar?
- Fikrincə, matça psixoloji, emosional hazırlıq baxmından böyük işlər gördük. Hesab edirım ki, heç də hər şeyə nail olmadıq. Futbolçularımızda özlərinə xas olmayan səhvlər gördük. Bunlar daha çox top itkiləri ilə bağlı idi. Bunu da futbolçuların həddən artıq gərgin olmaları ilə əlaqələndirirəm. Özlərinə inamı itirmişdilər. Bu, aşkar görünürdü və fasilədə bu yöndə tapşırıqlarımı verdim. Məqsəd topa daha çox nəzarət etmək, qol vəziyyətləri yaratmaq idi. Fasilədə bax, bu yöndə söhbətimiz oldu.
- "Qəbələ" ardııcl 2-ci il sizin rəhbərlyiniz altında Avropa Liqasının qrupua düşdü. Bu 2 komandanlı müqayisə etsək, hansıyla işləmək sizə daha rahat idi?
- Bu iki ildə eyni ssenari ilə işlədik. Ötən yay praktiki olaraq yeni komanda yığıdıq. İlk növbədə oyunumuzu qurmağa çalışdıq və 4 mərhələ keçdik. Bu il də belə oldu. Elə alındı ki, bu yay da komandanın heyətini əsaslı şəkildə yenilədik. Yenidən oyun planına diqqət yetirdik və paralel olaraq belə nəticələr əldə etdik. Mənim həm o, həm bu komandaya sevgim eynidir. Hər ikisinə ağlasılmaz hörmətim var. Ona görə də müqayisə edə bilmərəm ki, hansıyla rahat idi, hansıyla yox. Sadəcə, şadam ki, futbol karyeramda belə uğurlu 2 il oldu. Mən bununla fəxr edirəm. Hər iki komandadakı futbolçulara dərindən minnətdaram. Hamısına afərin.
- Komandanın artıq qrup mərhələsində oynamaq təcrübəsi var. Bu il nə gözləyək?
- Biz təkmilləşməkdə davam edəcəyik. Biz inkişaf etmək istəyirik. Bununla yanaşı, nəticə qazanmaq arzusundayıq. Qarşımza hansı qlobal vəzifə qoymayacağıq. Qrupda ilk oyunu gözləyəcəyik və onda məqsədimiz olacaq. Həmin sınaqdan ən yaxşı şəkildə çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Qrupda yaxşı çıxış etmək məqsədilə heyətin gücləndirmək üçün yeni transferlər olacaqmı?
- İndi desəydim ki, yox, olmayacaq və ya bizə yeni futbolçu lazım deyil, birgə gülərdik. Əlbəttə, bizə güclənmə lazımdır və burada söhbət bir futbolçudan getmir. Fikrincə, biz ən azı 2 futbolçu götürməliyik. Hücumçu almaq istəyirdik. Bir futbolçunu da götürməliyik ki, heyətdə həm güclüənmə, həm də rəqabət olsun. Nəticədə komandamızda daha yüksək səviyyəli futbolçu çox olsun ki, onlarla həm çempionatda, həm də qrupda müəyyən vəzifələri yerinə yetirək. Bu, ciddi sınaqdır və komandada tam kompektləşmə olmalıdır. Ancaq elə-belə heç kimi almayacağıq. Elə futboçuları götürəcəyik ki, onların bizə kömək edəcəyinə əmin olaq. Bunu etmək heç də asan olmayacaq. Ancaq hələ 5 günümüz var və bundan istifadə etməyə çalışacağıq.