Avropa Liqasının qrup mərhələsində Azərbaycanın təmsilçiləri olan "Qarabağ"la "Qəbələ"nin oyunlarının təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komandalarımızın bir səfərdə oynayanda, digəri evdə çıxış edəcək.
Bu dəfə "Qəbələ" mübarizəyə rəqib, "Qarabağ" öz meydanında başlayacaq. Ötən mövsüm qrupda isə bunun əksi idi. Onda Qurban Qurbanovun komandası qrupda mübarizəyə İngiltərədə "Tottenhem"lə matçla start götürmüşdüsə, "Qəbələ" Yunanıstan PAOK-unu qəbul etmişdi. "Qarabağ" Saloniki təmsilçisi ilə qrupda mübarzinənin ortasında qoşa matçlar keçirəcək.
Roman Qriqorçukun komandası isə "Qarabağ"ın keçən mövsüm qrupda rəqibi olan "Anedrelext"lə Brüsseldəki oyunla çıxışına start verəcək. Qayadaya görə, mübarziəyə səfərdə başlayan səfərdə, evdə start götürən evdə yekun vuracaq.
Qrup oyunları
15 sentyabr
"Anderlext” - "Qəbələ”
"Qarabağ” - "Slovan”
29 sentyabr
"Fiorentina” - "Qarabağ”
"Qəbələ” - "Maynts”
20 oktyabr
"Qarabağ” - PAOK
"Sent Etyen” - "Qəbələ”
3 noyabr
"Qəbələ” – "Sent Etyen”
PAOK - "Qarabağ”
24 noyabr
"Slovan” - "Qarabağ”
"Qəbələ” - "Anderlext”
8 dekabr
"Maynts” - "Qəbələ”
"Qarabağ” - "Fiorentina”