"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun Sportnet.az-a müsahibəsi
- Təbii ki, ilk olaraq püşkün nəticəsini dəyərləndirməyinizi istərdik...
- Budəfəki püşkə də istənilən hər püşkdə olduğu kimi sakitcəsinə yanaşırıq. Nəticə necədirsə, elə də qəbul edirik. Başqa cür ola da bilməz. Çünki püşkü heç kim sifariş etmir. Buan görə də qrup mərhələsinin püşkünü də olduğu kimi qəbul etmişik.
- Hər halda, rəqiblər haqda fikirləriniz maraqlıdır...
- Onu deyə bilərəm ki, bizə, maraqlı, güclü rəqiblər düşüb. Çox ciddi komandalardır. Biz bütün rəqiblərimizə şadıq. Başa düşürük ki, yaxşı səviyyəyə malikdirlər. Onlarla maksimal yaxşı oynamağa çalışacağıq.
- Belə qripdan çıxmaq şansını necə dəyərləndirərdiniz?
- Şans olmayanda, deyirsən ki yoxdur. Ancaq indi şans var. Ancaq bunun neçə faiz olduğunu hazırda demək çətindir. Biz anlayrıq ki, bu şansdan istifadə etmək üçün hər şey etməliyik.
- Pley-offda "Fənərbağça" ilə düşməyi arzuladığınızı etiraf etmişdiniz. Bəs bu dəfə Türkiyə klubu, onunla bir qrupa düşən "Mançester Yunayted"ə rəqib olmaq istəyirdiniz?
- İndi bunu demək mənasızdır. Sadəcə, həmişə belə istək olur ki, Avropanın "Top klubları" ilə oynayasan. Bu sıraya təbii ki, "Mançester Yunayted" daxildir. Türkiyə klubu ilə qarşılaşmaq da maraqlıdr. Futbol şousu olur, bu cür varinatlar həmişə maraqlıdır. Ancaq nə biz bunu sifariş edə bilərik, nə də bizim istəklə bunun həyata keçməsi mümkündür.
- Ötən mövsüm qrupda rəqibləriniz olan "Borussiya", PAOK və "Krasnodar"ı indikilərlə müqayisə edərdinizmi?
- Belə müqayisələr aparmaq lazım deyil. Çünki mənasız bir şeydir. Vaxt keçir, hətta eyni komanda müəyyən müddətdən sonra fərqli olur. O, güclü də ola bilər, zəif də. Heyətində dəyişiklik ola, başqa üslubda oynaya bilər. Müqayısə etməyərək onu deyərdim ki, bizim maraqlı, çox güclü rəqiblərimiz var.
- İndiki rəqiblərin keçən ilkilərdən daha münasib olduğunu demək olarmı?
- Yox. Mən deməyəcəyəm ki, "Anderlext", "Sen-Etyen" və "Maynts" daha münasibdir. Rəqiblərimizin hamısı güclü, maraqlı olub. Bunlar da özlərinə görə maraqlı və güclüdürlər.
- "Qarabağ"ın püşkündən də xəbərdarsınız. PAOK indi onlara düşüb...
- Belə yerdəyişmələr futbolda olur. "Anderlext" ötən il "Qarabağ"la bir qrupda oynayırdı, indi bizə rəqib düşüb. Yaxud "Qarabağ" "Sent-Etyen"lə vaxtilə üzləşib, indi fransızlar bizə rəqib olub. Vaxt keçir, dəyişkliklər olduğundan müqayisələr faydasızdır.
- Artıq belə fikirlər səslənməyə başalyır ki, püşkün nəticəsi bizim üçün heç də pis deyl. Xüsusilə "Qarabağ"ın qrupda 2-ci yeri tutaraq 1/16 finala şanslarının yaxşı olduğu bildirilir...
- Mən "Qarabağ"a pley-offa çıxmağı arzulayıram.
- Hər halda, "Qəbələ" ilə bağlı də bədbin fikirlər səslənmir və qrupdan çıxmaq uğrunda mübarizə aparmaq olar...
- Olar. Biz həmişə şansdan maksimum istifadə etməyə çalışırıq. Bu yöndə addım-addım gedirik. Ona görə uzağa boylanmırıq və qlobal heç nə planlaşdırmırıq. Növbəti oyunu düşünürük. Bu isə çempionat matçıdır və ondan sonra qrupda ilk matçımızdır. Bu isə sentyabrın 15-də "Anderlext"lə səfərdə olacaq.
- Qrup mərhələsinin təqsimi sizi nə dərəcədə qane etdi? Ümumiyyətlə, oyunların, rəqiblərin ardıcıllığı sizin üçün nə dərəcədə önəm kəsb edir?
- İndiki vəziyyətdən heç bir önəmin olmadığı dəqiqdir. Ümumiyyətlə, bu məsələ ilə bağlı müzakirə üçün predmet də görmürəm. Bunun əhəmiyəti yoxdur ki, kiminlə başlayaq, ilk oyunu harada keçirək, sonra kiminlə görüşək. İndi bunlar mənim üçün maraqsızdır. Ona görə başımı belə şeylərlə yükləyib yormuram.
- Ən azı 2 transfer - yeni hücumçu və yarıımmüdafiəçi almalı olduğunuzu açıqlamısınız. Bu yöndə artıq hansısa gözləntilər varmı?
- Var. Ancaq onlar haqda danışmağa dəyməz. Çünki transferdən söhbət açanda, baş tutandan danışmaq lazımdır. Yeni futbolçu var, onunla müqavilə bağlanılır və elan olunur. Onda bilirsən ki, bu futbolçu artıq sənindir. Yoxsa bunadək danışılanlar dəqiq söhbət deyil. Transfer çalışmaları üzərində iş gedir. Biz başa düşürük ki, komandamıza yeni futbolçuların cəlb olunması ilə bağlı mütləq addımlar atmalıyıq. Ancaq bunları həyata keçirmək heç də adan deyil.
- Avropa Liqasında bombardirimiz olan Teo Uiks "Maribor"la son matçda aldığı birbaşa qırmızı vərəqə üzündən ən azı qrupda ilk 2 oyunda meydana çıxmayacaq. Bu, nə dərəcədə böyük itkidir?
- Bizim üçün hər futbolçunun yoxluğu itkidir. Çünki heyətimiz güclü komplektləşməyib. Buna görə də oyunumuzu müəyyənləşdirən istənilən futbolçunun yoxluğu bizim üçün itkidir.
Mehman Süleymanov