1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Şükürov: "Bonilya kimi hücumçu alacağıq" - MÜSAHİBƏ
"Zirə"nin baş məşqçisi Adil Şüküorvun Sportnet.az-a müsahibəsi
- Komandanız üçün Premyer Liqada ilk 3 turu necə dəyərləndirərdiniz?
- Bizim üçün çətin bir 3 tur oldu. Startda içimizdə bir həyəcan vardı, evdə oynayırdıq, "Sumqayıt"a məğlub olduq. İKinci turda çətin bir rəqiblə - "Neftçi" ilə səfərdə üzləşirdik. Bu komandanı tanıyırdıq, çempionata qələbə ilə başlamışdı. İlk qələbəmizi onda qazandıq, ardndan evdə AZAL-ı yendik. İlk 3 turu komandamız üçün uğurlu saymaq olar. Ancaq çox çətin oldu.
- Çempionatda 3 həftəlik fasiləyə vahid lider yollana bilərdiniz. Ancaq "Qarabağ" qalib gələrək 1-ci pilləyə yüksəldi. Bu, sizi ruhdan salmadı?
- Yox. Deməzdim ki, 2-ci pilləyə düşməyimiz bizi ruhdan saldı. Əksinə, daha da motivasiya edir ki. qarşımızda güclü bir rəqib var. Ona qraşı yaxşı oynamağa özümüzə hazılamalıyıq.
- Hələ ilk 3 tur keçsə də, liderlər qrupunda sıralama ötən mövsümdəki kimidir. Yenə "Qarabağ"la "Zirə" 1-2-ci pillələrdədir. Sizcə, yenə belə ardıcıllıq olacaq?
- Çempionat hələ yeni başlayıb. Bizi qarşıdakı çətin mövsüm gözləyir. Biz 8 komandalı çempionatda oynayırıq. Güclü rəqiblərdir, çox ağır olacaq.
- Əsas hansı möveqe və oyun planında narahatçılığınız var ki, bunu fasilə müddətində yoluna qoymağa çalışacaqsınız?
- Bizdə böyük problem hücum xəttində var. Onu da bu fasilə müddətində yoluna qoymağa çalışacağıq. Üümid edirəm ki, bunu növbəti turadək həll edəcəyik.
- Deməli, yeni transfer gözlənilir...
- Bəli. Tam həll olunandan sonra açıqlayacağıq. "Transfer pəncərəsi"nin bağlanmasınadək imkandan maksimum yararlanmağa çalışacağıq. Komandamızda müdafiə xəttində stabilk görsənir. Ancaq hücumda problem var və bura yeni futbolçu nəzərdə tutmuşuq.
- O, ötən mövsüm bombardirniz olan Nelson Bonilya qədər olmalıdır.
- Çalışacağıq ki, elə bir hücumçu taplb alaq.
- "Zirə"nin Bonilyadan asılılığı çoxmu olub?
- Keçən mövsümə baxsaq, Bonilya yalnız 3-cü dövrədə 9 qol vuraraq məhsuldarlıq göstərmişdi. Ancaq digər dövrələrdə elə də çox fərqlənməmişdi. Hər dövrəyə 1.2, 3 qol düşürdü. Buna görə də Bonilyadan elə də asılılığımız yox idi. Sadəcə, Nelson hücumçu keyfiyyətlərinə görə digərlərindən fərqlənirdi.
- Bəs Bonilya ilə yaxşı tandem təşkil edən Tatonun gedişinə heyfsilənmədiniz?
- Heyfsilənmək deyəndə ki, Tato artıq qalmaq istəmədi. Çünki süni örtüklü meydanaçalarda oynamaq fikrində olmadığından özü getdi. Gəldi bizə müraciət elədi. Onunla bizimlə müqaviləsi vardı, icarəyə verdik.
- Klub prezidenti Vüqar Astanovun artıq ilk turdan sonra gedişi gözlənilməz oldumu? Ümumiyyətlə, prezidentin yoxluğu komandaya nə dərəcdə təsir edir?
- Əlbəttə, klubun hər bir üzvünü itkisi hardasa təsir edir. Vüqar müəllim şəxsi işlərinə görə özü müraciət edərək vəzifəsindən getdi. Gəldi söhbətləşdi, yaxın insanı itirmək həqiqətən adama çətindir.
- Üstəlik, Astanovla Premyer Liqada işə birgə başlayaraq 1 mövsüm birgə çalışmısınız. Onunla futbolçu kimi də "Şəfa"da komanda yoldaşı olmusunuz...
- Əlbəttə, buna görə ağır gəlir. Klubun İdarə Heyəti var və onlar yeni prezidentlə bağlı yaxın vaxtlarda qərar verəcəklər.
- Ötən mövsüm köməkçiləriniz olan Ayxan Abbasovla Elnur Çodarov müvafiq olaraq əvəzedici və U-19 komandanıza baş məşqçi yollandılar. Əvəzinnə "Qarabağ" U-19 komandasından gələn Zaur Həşimov köməkçiniz oldu. Bu rotasiya işinizə nə dərəcədə təsir göstərdi?
- Bu rotasiyanın hamısını klubumuzda işləri köklü şəkildə görmək üçün elədik. Əsa istəyimiz ki, akademiyamızdan, aşağı yaş qruplarından futbolçular əsas komandaya gələndə artıq hazır vəziyyətdə olsunlıar. Biz Abbasovla Çodarovla daimi söhbət edirik, fikir mübadiləsi aparırıq. Oyuna hazırlığımız yenə birgə olur.
- Köməkçi postunda bir yer boş qalıb. Ora təyinat nəzərdə tutulub, yoxsa ehtiyac görmürsünüz?
- Zaur Həşimovla işimizi görürük. Hələ ki ehtiyacımız yoxdur. Kənardan görsənən odur ki, həmin yer boşdur. Ancaq hərdən Abbasovla Çodarov da hazırlığımıza gəlirlər. O gün də yayım zamanı görsənirdi ki, Ayxan müəllim də kənardan məsləhətlərini verirdi.
- Həşimovla da "Şəfa"da birgə oynamısınız. Premyer Liqada debüt edən bu gənc məşqçinin işini necə qiymətləndirirdiniz?
- Hər bir kəs müəyyən vaxtdan sonra işə başlamılıdır. Zaur müəllim də öyrənməyə istəklidir. Onu gəlişi işimizə müsbət təsir göstərb.
- Milli komandaya bir neçə futbolçunuz dəvət olunub. Elə bir futbolçu oldumu ki, onun da çağıırlacağını gözləyirdiniz?
- Əsas gözlədiyimiz futbolçular çağırıldı. U-21-də dəvət olanlardan Vüqar Mustafayev daim oynayır. Adil Nağıyev isə indi əsas heyətdə olmasa da, keçən mövsümdən, hətta birinci liqadan komandamızın üzvüdür. Əsas yığmaya Azar Nəzirovla Elvin Məmmədovun çağırılacağı gözlənilən idi. Bir Nurlan Novruzovun da çağırılacağını gözləyirdim. Dedim ki, bəlkə dəvət edərlər. Belə bir söhbət də var idi.
- Millinin baş məşqçisi Robert Prosineçkinin uzun müddətdir Nurlana nəsə "ulduzu barışmır"...
- Deməzdim. Bu, məşqçinin qərarıdır. Hər məşqçinin öz seçimi var.
Mehman Süleymanov