
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Sportnet.az-ın məlumatına görə, müdafiəçi Bədavi Hüseynov zədələndiyi toplanışda iştirakını dayandırmalı olub.
"Qarabağ"ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
Qeyd edək ki, daha öncə "İnter" komandasının üzvü Ruslan Abışov eyni səbəbdən millinin toplanışını tərk etməli olub.