
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə yeni təyinat verilib. Sportnet.az-ın məlumatına görə, Ə.Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.
O, 8-ci qrupda keçiriləcək Belarus – Hollandiya matçında iş başında olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 2-də baş tutacaq.