Türkiyə Futbol Federasiyası "Qalatasaray", "Bursaspor" və "Fənərbağça" klublarının prezidentlərini cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, hər iki klub rəhbərinin müvəqqəti olaraq səlahiyyətləri dondurulub.
"Qalatasaray"ın prezidenti Dursun Özbekin klub saytında yayımlanan idmana zidd açıqlamaları onun 45 vəzifəsinin dondurulmasına səbəb olub. "Sarı-lacivərtlər"in rəhbəri Əziz Yıldırımın səlahiyyətləri idmana zidd olan açıqlamalar səbəbindən 120 gün dondurulub.
"Bursaspor"un prezidenti Ali Ay da klub saytındakı açıqlamalarından dolayı 45 gün vəzifəsini icra edə bilməyəcək.