1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əvvəl Qəbələdə, sonra "Ximki"də
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının Moskva "Dinamo"su ilə oyunlarının məkanı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ilk oyunda meydan sahibi olan komandamız rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Püşkə əsasən bu oyun sentyabrın 28-də keçiriləcək. Yeri gəlmişkən, bundan 1 gün sonra isə "Qəbələ"nin əsas komandası Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Almaniyanın "Maynts" klubu ilə keçirəcək. Həmin matç "Bakcell Arena"da saat 19:00-da başlayacaq.
"Dinamo" ilə "Qəbələ" arasında cavab oyunu oktyabrın 19-da Moskvada baş tutacaq. Qarşılaşma "Ximki" stadionunun qapalı, sintetik örtüklü meydançasında keçiriləcək.
Xatırladaq ki, "Qəbələ"nin əsas komandası Avropa Liqasında cari mövsümdə bütün təsnifat mərhələsi oyunlarını paytaxtda keçirib. Qəbələ şəhər stadionunda sonuncu UEFA matçı ötən ilin iyulun 9-da "Qəbələ" ilə Tiflis "Dinamo"su arasında matç olub. Avropa Liqasının I tənifst mərhələsinin həmin cavab oyunu "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi və tarixində ilk dəfə mərhələ adlaması ilə nəticələnib. UEFA Gənclər Liqasının oyunu ilə avrokubok matçı 15 aydan sonra Qəbələyə qayıdır.