"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Maynts" klubu Almaniya Bundesliqasında II turun oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Hoffenhaym" komandası olub.
Mayntsdakı "Opel Arena"da keçirilmiş qarşılaşma 4:4 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahibləri bütün qollarını ilk yarıda vurub. 3-cü və 23-cü dəqiqələrdə Pablo de Blazis "dubl" edib. Andres Kordoba 27-ci, Levin Öztunalı 43-cü dəqiqədə fərqlənib. Öztunalıya məhsuldar ötetməni də de Blazis verib. Qonaqların yeganə qolunun müəllifi isə Sandro Vaqner olub.
Lakin fasilədən sonra "Hoffenhaym" 14 dəqiqə ərzində 3 qolla məğlubiyyətdən qurtula bilib. Buna 57-ci dəqiqədə "Maynts"dan Qaetan Büssmanın qovulması da təsirsiz ötüşməyib. 36-cı dəqiqədə meydana girən Mark Ut 71 və 72-ci dəqiqələrdə Ut "dubl" edib. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Adam Soloy qoyub.