
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində ilk matçının hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, sentyabrın 15-də "Anderlext"lə Brüsseldə keçiriləcək oyun Harald Lexnerin başçılıq etdiyi avstriyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakimə yan xətdə Maksimilan Kolbitslə Andreas Neydenreys kömək edəcəklər. Əlavə hakim-köməkçiləri Markus Hameterlə Aleksander Harkamdır. Ehtiyat hakim Andreas Staudingerdir.
Ədalət təmsilçilərinin işinə italiyalı hakim-inspektor Lusiano Luçi qiymət verəcək. Matçın UEFA nümayəndəsi çexiyalı Emil Ubiasdır.
Xatırladaq ki, "Anderlext" - "Qəbələ" matçı saat 21:00-da başlayacaq.