Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" - "Slovan" oyununun baş hakimi təyin olunan Stefan Klossner 2-ci dəfə Azərbaycan klubunun oyununu idarə edəcək. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı isveçrəli ədalət təmsilçisi bundan öncə də Ağdam klubunun Avroliqa matçını idarə edib.
Bu, 2003-cü ilin avqustun 8-də "Gefle" - "Qarabağ" oyunu olub. Qurban Qurbanovun komandası turnirin III təsnifat mərhələsinin İsveçdə keçirilən həmin cavab qarşılaşmasında 2:0 hesanb ilə gələrək pley-offa çıxıb. Klossner bu matçda sarı vərəqə göstərməyib.
İxtisasca məktəb müəllimi olan, İsveçrədə dünyaya gəlan hakim böyük beynəlxalq təcrübəyə malik deyil. Belə ki, Stefan hakimlik karyerasına 27 yaşında (2008) Çelenc Liqada başlayıb və 2 ildən sonra Superliqada ilk dəfə çıxış edib. "Sent Qallen” - "Qrasshopper” (2:1) matçı onun peşəkar karyerasının birinci oyunu olub.
2012-ci ildən FİFA hakimi olan Klossner karyerası ərzində müxtəlif çempionatlarda və turnirlərdə oyunlar idarə edib. O, Çempionlar Liqasının II təsnifat mərhələsində "Şaxtyor”la (Qazaxıstan) BATE (1:0) arasında keçirilən cavab oyununa təyinat alaraq Avropanın ən nüfuzlu klub turnirində debüt edib. İsveçrəli referi Avropa Liqasında isə beynəlxalq dərəcə aldığı ildən, artıq 4 ildir hakimlik edir.
Xatırladaq ki, "Qarabağ"ın Çexiya təmsilçisi ilə matçı sentyabrın 15-də saat 19:00-da "Dalğa Arena"da keçiriləcək.