"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan "Fiorentina"nın İtaliya A seriyasında təxirə salınan oyununun tarixi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə. Florensiya təmsilçisinin III turda "Cenoa" ilə səfər matçı dekabrın 15-də davam etdiriləcək. Bu haqda çıxarılan qərarı A seriyasının rəsmi saytı açıqlayıb.
Sentyabrın 11-də keçirilən qarşılaşma 28-ci dəqiqədə Genuyaya düşən leysan üzündən yarımçıq dayandırılıb. Həmin vaxt hesab açılmayıb.
"Fiorentina" bu oyundan öncə qrupda son matçını keçirmək üçün Bakıya səfər edəcək və dekabrın 8-də "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasındakı Florensiyadakı matç isə sentyabrın 29-da olacaq.
Qeyd edək ki, "Cenoa" 6 xalla çempionatda 4-cü, "Fiorentina" isə 3-cü xalla 14-cü pillədə yer alıb.







































































