Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts köməkçilərinə yeni tapşırıq verib. Sportnet.az-ın məlumatına görə, alman mütəxəssis Aslan Kərimov və Mahmud Qurbanovu Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların oyunlarına yollayacaq.
Kərimov Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyada keçiriləcək "Zaltsburq" - "Qarabağ", Qurbanov isə Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstanda baş tutacaq "Çixura" - "Neftçi" qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, "Zaslburq” -"Qarabağ” matçı avqustun 6-sı, "Çixura” - "Neftçi” görüşü isə 7-si keçiriləcək.