1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovun yubileyində aldığı ağır zərbə
"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında avrokuboklarda ən ağır məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, bu, Avropa Liqasının qrup mərhələsinin II turunda İtaliyada "Fiorentina”ya 1:5 hesabı ilə olub. Özü də bu, 44 yaşlı çalışdırıcının 2008-ci ildən çalışdırdığı komandada qitəmiqyaslı turnirlərdə yubiley – 60-cı matçı olub.
Qurbanov bunadək elə Avropa Liqasında səfərdə 4 top fərqi ilə uduzmuşdu. Bu, 2010-cu ilin avqustun 19-da turnirin pley-off mərhələsində Dortmundda "Borussiya”ya 0:4 hesablı məğlubiyyət idi. Ancaq göründüyü kimi, "Qarabağ” bu dəfə daha çox qol buraxıb. Yeri gəlmişkən, Ağdam klubu avrokuboklarda sonuncu böyükhesablı məğlubiyyətini 5 il öncə almışdı. Bu, elə hazırkı turnirin III təsnifat mərhəəsində - 2011-ci ilin iyulun 28-də Belçikada "Brügge”yə 1:4 hesablı məğlubiyyət idi.
Göründüyü kimi, "Qarabağ" ardıcıl 3-cü ildir çıxış etdiyi qrupda ilk dəfə böyük hesabla uduzub. İlk təmsilçimiz olan "Neftçi" belə məğlubiyyət almayıbsa, "Qəbələ"də 2 dəfə olub. Bu, ötən il Dortmundda "Borussiya"ya 0:4, "Krasnodar"a "Bakcell Arena"da 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmalardır.
Qurbanovun "Qarabağ”da ən ağır məğlubiyyəti isə çempionatda olub. Bu, 2013-cü ilin martın 3-də AZAL-a Şüvəlanda 1:6 hesalı yenilgidir. Qurban Qurbanovun komandasını başqa 5 top fərqi ilə məğlub edən olmayıb. Səbəbkar məşqçi kimi "Neftçi”də debüt edərək burada UEFA kubokunda 2 matç keçirib. Yəni onun hesabında avrokuboklarda məşqçi kimi 63 matç var.
Xatırladaq ki, "Qarabağ”ın avrokuboklarda ən ağır məğlubiyyəti 1998 və 1999-cu illərdə olub. Bu, tarixin yaddaşına köçən Kuboklar kuboku və İntertoto kuboku turnirlərində müvafiq olaraq Danimarkada "Kopenhagen”dən və Fransada "Monpelye”dən alınan 0:6 hesablı məğlubiyyətlərdir.