
Premyer Liqanın son turunda AZAL-la qarşılaşan (1:1) "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Sportnet.az-ın məlumatına görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb.
Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən "Sumqayıt" toplu çalışmalarla məşqi tamamlayıb.
Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində olduğu üçün hazırlığa qatılmayıb.