1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz"
"Çalışacağıq ki, ötən ildəki kimi bu dəfə də hər şey düzgün olsun və kim nəyə layiqdirsə, o nəticəni də qazanacaq. Oyunları izləyirik. Mənim üçün "Qarabağ", "Rəvan", "Şəmkir" və ya digər klubun fərqi yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun bu gün keçirilmiş püşkatma mərasimində deyib.
PFL prezidenti ilk olaraq hakim idarəçiliyindən danışıb: "Elvin Yunuszadənin "Fiorentina" ilə oyundakı qırmızı vərəqəsini bizim çempionatda verilsə, Xaqani Məmmədovu biabır edərlər. Hər şey nəzərə alınıb. Çalışırıq ki, bütün işlər hamının ürəyincə olsun. Səhv ola bilər. Ancaq qərəz olmasın. Özünüz də bilirsiniz ki, qərəzli hakim bizim yanımızda ola bilməz".