
"Qələbə qazanmalıyıq. Bunu edə bilsək, 9 oyuna 15 xal toplamış olacağıq. Bu halda mövsümün yarısında 30 xala çata bilərik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Fransa "Sent-Etyen"inin baş məşqçisi kristof Qaltye klub saytına müsahibəsində deyib.
50 yaşlı mütəxəssis oktyabrın 20-də Fransada "Qəbələ" ilə keçiriləcək Avropa Liqasının III tur matçından da danışıb: "Qəbələ" ilə ardıcıl iki oyun keçirəcəyik. Ötən mövsüm "Dnepr"lə (Ukrayna) ardıcıl iki oyun keçirdik və hər iki görüşdə qələbə (1:0, 3:0) qazandıq. "Qəbələ" ilə baş tutacaq hər iki görüş həlledici rol oynayacaq. Ancaq "Qəbələ" xal itirə bilər".
Qeyd edək ki, oktyabrın 20-də Fransada keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.