
Topaz Premyer Liqası və I Divizionun oyunlarına təyinat alan hakim-inspektor və AFFA nümayəndələri üçün seminar başlayıb. Sportnet.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən seminara Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarov rəhbərlik edir.
İki gün davam edəcək dərslərə 70 nəfər qatılıb. Seminarın ilk günündə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib.