Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukraynanın "Stal" kubunun heyətində növbəti oyunia çıxıb. Sportnet.az-ın məlumatına görə, müdafiəçi XII turda "Karpatı" ilə bu gün keçirilən səfər matçında 90 dəqiqə meydanda olub.
"Stal" ilk hissədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib. Bununla da komanda rəqibindən ilk hissədə evdə aldığı böyükhesablı məğlubiyyətin (0:3) əvəzini çıxaraq uzun fasilədən sonra meydanı qalib tərk edib. Papayevin komandası 12 oyundan 10 xalla turnir cədəvlində 10-cu pillədə qərarlaşıb.