
İtaliya A seriyasında IX turun ilk oyun günü prinsipial qarşılaşmaya səhnə olub.
Sportnet.az-ın məlumatına görə, "Milan" "San-Siro"da "Yuventus"u qəbul edib. Mövsümün əsas derbilərindən sayılan prinsipial qarşılaşma milanlıların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolun müəllifi 65-ci dəqiqədə fərqlənən Manuel Lokatelli olub.
Bu qələbə sayəsində 2-ci pilləyə yüksələn "Milan" lider "Yuventus"la xal fərqini 2-yə endirib. "Qoca Sinyora" 21, Milanın eyniadlı təmsilçisi 19 xala malikdir.