1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gəncədə qol olmadı - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə qarşılaşması Gəncədə oynanılıb. "Kəpəz" avrokuboklar uğrunda mübarizədə əsas rəqiblərindən olan "İnter"i qonaq edib. Görüş soyuq və çiskinli hava şəraitində keçib. Üstəlik, ot örtüyü qənaətbəxş vəziyyətdə olmayıb. Bütün bu amillərə baxmayaraq, gərgin və qol epizodları ilə bol oyun alınıb. Tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb.
Beləliklə, 0:0 hesablı heç-heçə Gəncə və paytaxt komandalarının hərəsinə bir xal qazandırıb. "İnter" 17 xalla 2-ci, "Kəpəz" 11 xalla 4-cü pillədə qalıb.
Azərbaycan Premyer Liqası, IX tur
23 oktyabr (bazar)
14:30. "Kəpəz” – "İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu.