1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Şükürov: "Bu "Kəpəz"in axırıncı üstünlüyü olacaq"
"İki fərqli hissə izlədik. İlk hissədə biz, ikinci hissədə AZAL üstün oynadı". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov "CBC Sport"a açıqlamasında deyib.
Baş məşqçi Azərbaycan Premyer Liqasının IX turunda AZAL-la səfər oyunundan (1:1) sonra bunları bildirib: "Rəqib döyüşkən komanda idi. Hesab bu gün bizə lazım olan nəticədir. Bir xal da qızıla bərabərdir. Bu səbəbdən təəssüflənməyə dəyməz. Vüqar və Krneta yox idi. Bu səbəbdən müdafiədən topla çıxmaqda bir az problem yaşadıq. Vüqara gəldikdə, meydançanın mərkəzində top itirmək hər bir komanda üçün itkidir. Orada olan cərimə zərbəsi heç nədən oldu. O qolu biz özümüz qapımıza gətirdik. Bu oyundur və belə şeylərə hazır olmaq lazımdır".
A.Şükürov növbəti turda "Kəpəz"lə baş tutacaq görüşdən də danışıb: "Növbəti turda "Kəpəz"lə qarşılaşacağıq. Futbolçularımız peşəkardır. Nəticə baxımından "Kəpəz"in üstünlüyü var. Amma düşünürəm ki, bu onların axırıncı belə üstünlüyü olacaq. Bizi çox çətin oyunlar olacaq".