Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"nin prezidenti Tale Heydərov da olacaq. Bu barədə Sportnet.az-a klubdan xəbər verilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də mərkəzi arenada olacaq. Doroxin "Qəbələ"nin baş məşqçisi olan həmyerlisi Yuri Syominə görə stadiona yollanacaq.
Saytımızın əldə etdiyi digər məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da final matçında iştirakı gözlənilir.
Qeyd edək ki, qarşılaşma saat 20.00-da start götürəcək.