İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Valensiya"nı maddi planda cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb Çezare Prandellinin komandasının Primeronun IX turunda "Barselona" ilə oyunda (2:3) azarkeşlərinin rəqibin futbolçularına yad əşyalar - plastik su qabları atması səbəb olub. Bu, "Valensiya"ya 1500 avro məbləğində cərimə ilə başa gəlib. Bundan başqa, kluba sonuncu xəbərdarlıq edilib. Bu xoşagəlməz olay təkrarlanarsa, stadion azarkeşlərin üzünə bağlanacaq.
Xatırladaq ki, Valensiyadakı oyunun son saniyələrində "Barselona"nın futbolçusu Lionel Messi penaltidən qələbə topunu vurduğu zamanı atılan su qabları Neymarla Luis Suaresin başına dəyib. Həmin anda qonaqların futbolçuları qolu qeyd edirdirlər.