Oktyabrın 26-da AFFA İntizam Komitəsinin qərarları açıqlandı. AFFA-nın saytında bu qərarlara göz gəzdirərkən diqqətimizi bir nüans çəkdi. Demək olar ki, eyni hərəkətə görə məşqçilərin biri 8 oyun cəzalanıb, digəri isə nə az, nə çox – düz altı ay yarışlardan kənarlaşdırılıb.
Əvvəlcə bu qərarları olduğu kimi verək, sonra araşdıraq görək demək olar ki, eyni hərəkət niyə bu boyda fərqli cəzalar yaradıb? AFFA-nın saytındakı maraq doğuran qərarlar bu cürdür:
"23 oktyabr 2016-cı ilU-14 Liqasında Təhsil TİM (Gəncə) – Kəpəz (Gəncə) matçındaTəhsil TİM klubunun baş məşqçisi Turan Əliyev hakimlər briqadasının otağına daxil olaraq, hakimlər briqadasını təhqir etdiyinə və oyunun rəsmi şəxsinə hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb (maddə 42.4), (maddə 44.2).
23 oktyabr 2016-cı il U-14 Liqasında UGİM Olimpik (Qusar) – UGİM (Siyəzən) matçında UGİM Olimpik klubunun məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb (maddə 42.4), (maddə 80)”.
Burda, birinci haldahər iki məşqçiyə tətbiq olunan maddələr eynidi (42.4). Çox güman ki bu maddə hakimlərin təhqir edilməsidi. (ona görə "çox güman”kəlməsini yazırıq ki, həmin maddələrin yazıldığı kodeksi tapa bilmədik.)
Tətbiq olunan digər maddələrə əsasən belə başa düşmək olur ki, 44.42-ci maddə 8 oyun cəzaya səbəb olur, 80-ci maddə 6 ay yarışlardan kənarlaşdırmağa...
İndi isə hərəkətlərə baxaq. Deməli, 6 ay yarışlardan kənarlaşdırılan məşqçi AFFA nümayəndəsinə təhqiramiz ifadələr işlədib, 8 oyun cəzalanan məşqçi isə hədə- qorxu gəlib. Demək olar ki, eyni hərəkətdir. Hətta hədə-qorxu gəlmək təhqiramiz ifadədən daha təhlükəlidir. Çünki hədə-qorxunun arxasınca sonradan hansısa hərəkət gələ bilər, təhqiramiz ifadə isə, söydür, vəssalam – söhbət elə ordaca bağlanır. Amma siz tətbiq olunan cəzalarda fərqə baxın?! Biz burda demirik ki, hədə qorxu gələn məşqçinin cəzası yüngüldü – xeyr normaldı. Amma altı ay yarışlardan kənarlaşdırılanın cəzası çox ağır görünür.
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, baxaq görək altı aylıq cəza alan məşqçi hansı təhqiramiz ifadələr işlədib ki, bu cür cəzaya məruz qalıb? Səfərov Sportnet.az-a açıqlamasında hadisəni belə nəql etdi: "Birinci hissənin axırları idi, hesab 2:1 oldu,top bizim qapıdan keçmişdi. Oyunçuma əsəbiləşib qişqirdim, İlkin (AFFA rəsmisi) də tribunadan aşağı ustumə gəldi. Mən də dedim, "sən kimsən, oyunun hakimi var” O da çönüb "mən sənə gostərərəm” cavabını verdi. Men "baxarıq” söylədikdən sonra İlkin "Burda ya sən qalacaqsan, ya da mən” deyə hədə-qorxu gəldi. Mən də dedim "get nə istəyirsən elə.
Ola bilər, oyunda aqresiv olmuşam, amma şəxsən heç kimi söyməmişəm, agzımdan çoxunun işlətdiyi rus dilində olan "ay bl...” sözləri çıxıb. Amma yenə deyirəm, şəxsən heç kimi söyməmiəm".
Mehman Səfərov deyir ki, bunlar hamısı Xaçmazın MOK komandası ilə oynamamağın nəticəsində baş verib: "Bizimlə oyunda MOK komandanın oyunçusunun birində lisenziya problemi var idi. İlkin də oyunu keçirməyə isazə vermədi. Bu isə bizə sərf etmirdi, çünki eyni xal yığdığımız komanda MOK-a 9 qol vurmuşdu, bizə isə 3:0 hesablı qələbə verəcəkdilər. Belədə topların fərqinə görə biz ikinci yerə düşürdük. Biz buna narazılıq etdik. Mənə hələ o vaxt demişdi ki, "Buranın ağasıyam, istədiyim şeyi edirəm, istədiyim oyunu keçirirəm, istədiyimi keçirmirəm, mən də o vaxt ona "Sən heç kimsən, sənin işin sənəd işidir” cavabını vermişdim. O vaxtdan başlayıb mənimlə prinsip aparmağa.
Bir məsələ də var. Komandani yarışa çıxartmaq, oynatmaq mənim fikirim olub. Komandaya "Olimpik” adinı mən qoymuşam. Atam UGİM-də işləyir. Keçən il "Olimpik” adı ilə oynamışıq, köhnə lizenziyalarda var, yoxlaya bilərsiz. Bu il adin qabağına UGIM əlavə elədilər. UGİM-də atam işləyir. Bu hadisələrə görə atama çağırıb töhmət veriblər. Mən başa duşmürəm, lisenziyanı mənə AFFA verib? Niyə atam töhmət almalıdır? Həmin vaxt hamıdan çox o, məni sakitləşdirdi.
Oyun vaxtı adam əsəbi olur, hərəkətlərinə bəzən nəzarət edə bilmir. Ancaq mən heç bir hakimə heç nə deməmişəm, özləri də bunu təsdiqləyə bilər. Mən hakimə niyə soz deyim? 3:1 udmuşam, hakim komandam əleyhinə penalti verməyib, qolumu saymadığı epizod yoxdur. Konkret, hakimlərlə heç bir problem olmayib. Oyun qurtarandan sonra da gedib hər üç hakimə ayrı-ayrılıqda "çox sağ ol” dedim. Protokola qol çəkdim. Bir də yenə ümumi şəkildə hamısına "çox sağ olun” deyib çıxdım. Hakimlər də mənə heç bir söz deməyib. İlkin də mənə "ilişənədək" ona da heç nə deməmişəm.
Mənim cəmi 26 yaşım var. Buna baxmayaraq xeyli uğurlu nəticələrim olub. Hələ 16 yaşımda atamla bir yerdə məşqçi kimi Qaxda keçirilən Respublika çempionatında 3-cü yeri tutmuşuq. Mən məşq keçdiyim oyunçulardan Namiq Ələsgərov ("Qarabag”) milinin butun yaş qruplarinda oynayib və indi də əsas komandadadır, Vüqar Asəliyev ("Turan”), Firudin Agalarov ("Şahdağ”) hazirda I Divizionda oynayir.
Keçən il U-13 liqasinda zonamızda ikinci yeri tutub növbəti mərhələyə çıxdıq.
Hazırda iki yaş qrupunda komandam var, U-14 komandam 1-ci yerdədir. U-13 komandam isə 3-cü yerdədir, liderdən cəmi iki xal geridədir. Bu liqanın bombardiri, yetirməm İslam Məhsimov 20 qolla ikinci yerdə gələn futbolçudan 8 top çox vurub. Min əziyyətlə Qusarin 6 kəndindən istedadlı uşaqları axtarib tapib, yayda istidə, heç bir maddi marağım olmadan zəhmət çəkib yiğmişam.
Bütün bunlardan sonra oyunun gərginliyindən yaranan əsəbilik nəticəsində olan mübahisəyə görə məni 6 ay yarışlardan kənarlaşdırıblar. Mənim bu qədər əzyyətimə verilən "çox sağ ol" budur?
Veriblər, çox sağ olsunlar, bəlkə gələcək karyerama xeyri dəyər. Bəlkə də duz eləməmişəm, amma təkrar edirəm: Mən hakimi, ümumiyyətlə heç kimi təhqir etməmişəm. Məni əsəbiləşdirib, demişəm sən heç kimsən?!”