
"Qarabağ"ın futbolçusu Əfran İsmayılov 1 aylıq fasilədən sonra yaşıl meydana qayıdıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi sonuncu dəfə VI turda "Kəpəz"lə 1:1 hesabı ilə nəticələnən səfər matçında oynamışdı. Həmin oyunun 66-cı dəqiqəsində meydana daxil olan İsmayılov 73-cü dəqiqədə məhsuldar ötürməylə braziliyalı hücumçusu Reynaodnun Silvanın bərabərlik qolunu vurmasında yardımçı olmuşdu.
Bundan sonra zədə üzündən millimizin Norveç və Çexiya yığmaları ilə rəsmi matçlarına açıqlanan heyətdən kənarda qalan Əfran 34 gündən sonra AZAL Arena"da meydana dönüb. Onun oyuna daxil olması yenə uğurlu olub və az sonra "Qarabağ" qol vurub. Hazırda qonaqlar hesabda 1:0 irəlidədir.