
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyə Superliqasında debütu yenə baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ərsun Yanal gənc hücumçumuzun adını IX turda "Karabükspor”la hazırda keçirilən ev oyununun 18 nəfərlik iştirak ərizəsinə də daxil etməyib. Bununla da Şeydayev ən azı növbəti həftəyədək gözləməli olacaq.
Qeyd edək ki, Ramil cari mövsümdən formasını geyindiyi "Trabzonspor"da yalnız ölkə kubokunda 2 matç keçirib.