1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Əliyar Ağayev ən reytinqli hakimimizdir"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun final qarşılaşmasının ardıcıl 3-cü dəfə Əliyar Ağayevə həvalə olunmasının səbəbini açıqlayıb. Musayev Sportnet.az-a qısa müsahibəsində bu təyinatı əsaslandırmağa çalışıb...
- Biz hakimi mövsüm ərzindəki reytinqinə görə müəyyənləşdiririk.
- Reytinq dedikdə, təyinat aldığı oyunlardakı qiymətini nəzərdə tutursunuz?
- Elədir ki, var. Əliyar mövsüm ərzində ən yüksək qiymətə layiq görülmüş hakimimizdir.
- Yəni 3 il ərzində Ağayevdən başqa heç bir hakim yetişməyib?
- Yetişib, niyə yetişməyib?! Söhbət onun reytinqinin digər həmkarlarından üstün olmasından gedir.
- Axı dünyada belə bir hal yoxdur ki, eyni hakim 3 il ardıcıl ölkə Kubokunun final qarşılaşmasını idarə etsin.
- Yanılırsınız, olub.