
Futbol üzrə Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb. Sportnet.az-ın məlumatına görə, yeni müqaviləyə əsasən Löv 2020-ci ilə qədər Bundestimdə çalışacaq.
56 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Hazırkı müqavilə DÇ-2018-dən sonra başa çatır.
Qeyd edək ki, Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, 2004-cü ildən yığmada köməkçi məşq1çi vəzifəsini yerinə yetirib.