
FİFA 2016-cı ilin ən yaxşı futbolçularının mükafatlandırma mərasiminin vaxtını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, dünya ali futbol qurumu rəsmi saytında həmin tədbiri 2017-ci ilin yanvarın 9-da Sürixdə keçirəcəyini xəbər verib. Mərasimdə həm kişilər, həm də qadınlar üzrə ən yaxşı futbolçularla baş məşqçilər mükafatlarını alacaqlar.
Qurum hər nominasiya üzrə 10 namizədi noyabrın 1-dək 4-dək açıqlayacaq. Ən yaxşı futbolçu ilə bağlı namizədlər siyahısında 23 soyad yer alacaq. Dekabrın 2-də hər nominasiya üzrə sona qalan 3 iddiaçının adı açıqlanacaq.
Mərasimdə ən baxımlı qola görə nəzərdə tutulan Ferents Puşkaş və "Fair Play" mükafatları da sahiblərini tapacaq. Bundan əlavə, bu ilin rəmzi yığması açıqlanacaq. Yenilik FİFA-nın Fan Awards mükafatının keçən ilin ən yaxşı azarkeşlərinə təqdim olunmasıdır.
Xatırladaq ki, bu ilin sentyabrında FİFA və "Franse Football" nəşrinin "Qızıl top"la birgə əməkdaşlıq müqaviləsinin uzatmadıqları bəlli olub.