1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yerdəyişmə olmayan və "Neftçi"nin legionerlərinə baha başa gələn tur
Azərbaycan Premyer Liqasında X tur turnir cədvəlində heç bir yerdəyişməyə səbəb olmayıb. Sportnet.az-ın məlumatına görə, 8 komandanın hər biri əvvəlki mövqeyində qalıb.
Bunadək yalnız "Zirə” ilə "Kəpəz”in xalları eyni idi. Onlar yenə də turnir cədvəlində qonşu olaraq qalsalar da, Adil Şükürovun komandası ən yaxın izləyicisini məğlub etməklə artıq 3 xal qabaqlayır. Özü də "Zirə” ardıcıl 2-ci ev oyunudur 2:0 hesablı qələbəni bayram edir. Bunadək həmin nəticə VIII turda "Neftçi” ilə matçda qeydə alınmışdı. Sonuncu məğlubiyyətini məhz evdə - VI turda "Qəbələ”dən məhz 0:2 hesabı ilə alan zirəlilər artıq 5 turdur uduzmur.
"Kəpəz”in isə qeyri-sabit çıxışı davam edir. Şahin Diniyevin komandası son 2 oyunda cəmi 1 xal qazanıb, qol da vura bilməyib. Halbuki, gəncəlilər bunadək "Zirə” ilə keçirdiyi hər 5 oyunda meydanı qolsuz tərk etməmişdi. Adi Şükürovun komandası nəhayət, "Kəpəz”i məğlub etməyi bacarıb. Bunadək Zirədəki matçlar eyni – 2:2 hesabı ilə nəticələnmişdi.
Çempionluğa əsas namziəd olan liderlərin qələbələri gözlənilən idi. Hər halda, "Qəbələ” ilə "Qarabağ”ın rəqibləri autsayderlər - müvafiq olaraq "Neftçi” ilə AZAL idilər. Sadəcə, Ağdam klubu son 2 oyunda böyükhesabla məğlub etdiyi "təyyarəçilər”i bu dəfə çətinliklə, ikinci hissədə vurduğu 1 qolla yenə bilib. Bununla da Qurban Qurbanovun yetirmələri ötən tur səfərdə qalib gələn yeganə komanda olub.
"Qəbələ” isə "Neftçi”ni ilk dövrədə olduğu kimi, böyük hesabla məğlub edib. Düzdür, bu dəfə darmadağın 8 cavabsız qolla yox, 3 top fərqi ilə olub. Əslində, makedoniyalı müdafiəçi Vançe Şikovun kobud səhvi, rəqibə "hədiyyə"si olmasaydı, heç böyükhesablı məğlubiyyət də qeydə alınmayacaqdır. Qəbələdəki nəticə təkcə Şikova yox, yayda gələn bütün legionerlərə baha başa gəlib. Onsuz da AFFA tərəfindən cəzalanan Katalin Tura birdəfəlik qovulub, qalan 5 legioner isə əvəzedici heyətə göndərilib. Necə deyərlər, onların "kitabı bağlanıb" və çətin ki əsas komandaya qayıtsınlar. Belə gedişlə həmin beşlik də Tiranın aqibətini yaşayacaq.
Liderləri izləməkdə davam edən "İnter” 2 həsrətə birdən son qoyub. Əvvəla, "bankirlər” 2 ildən sonra "Sumqayıt”ı evdə məğlub edə bilib. Bu 2 ildə səfərdə qalib gəlmək həyata keçsə də, "İnter Arena”da bunu etmək mümkün olmurdu. Bundan əlavə, Zaur Svanadzenin komandası VI turdan bu yana qələbə üzünə həsrət qalmışdı ki, buna da son qoymaq mümkün olub. Özü də bu dəfə qələbə əzmkarcasına əldə olunub. "Neftçi” ilə ev oyununda olduğu kimi hesabda geri düşən "İnter”ə qələbəni dubl müəllifi gətirib. Sadəcə, bu dəfə hücumçu Rauf Əliyev yox, kapitan Nizami Hacıyev fərqlənib. Rauf isə bu oyunda zədələnərək əvəzlənməli və bir müddət sıradan çıxmalı olub. Hacıyev qol sayında Əliyevə çatıb. İndi hər iki təcrübəli futbolçunun hesabında hərəyə 3 qol var. Hacıyev cari çempionatda 100-cü qolun müəllifi kimi də tarixə düşüb.
"İnter”in gürcü müdafiəçisi Zurab Xizanayşvili cari çempionatda ilk qolunu vurub. Bu, "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədova da aiddir. Cavid Tağıyev isə debüt mövsümünü keçirdiyi "Zirə"də qol hesabını açıb. Nizami Hacıyevlə Sergey Zenyov Premyer Liqada bu mövsümdə 3-cü, Muarem Muarem, Rəşad Eyyubov, Mirbadulla Abasov, Araz Abdullayev və Elvin Məmmədov 2-ci dəfə fərqlənib. Sonuncu hər 2 qolunu penatidən vurub.