Bir müddətdir zədədən əziyyət çəkən Türkiyənin "Qalatasaray" klubunun futbolçuları tezliklə komandaya qoşulacaq. Sportnet.az-ın məlumatına görə, artıq iki həftədir kənarda qalan Hakan Balta məşqlərə qoşulub.
Fransanın "Nant" klubundan Kolbeynn Siqtorsonn da artq zədəsini sağaldıb. Onun oktyabrın 20-də "Fənərbağça" ilə keçiriləcək oyuna qədər hazır olacağı bildirilir.