1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
7 "oğul" istərəm...
"Neftçi”nin yay fasiləsində gətirdiyi legionerlərin yararsız olmaları təsdiqini tapıb. Sportnet.az-ın məlumatına görə, sabiq baş məşqçi Vəli Qasımovun vaxtında gətirilən 6 əcnəbi futbolçunun hamısı əsas komandadan kənarlaşdırlıb.
Bunlar xorvatiyalılar – qapıçı Krşevan Santini ilə müdafiəçi Dario Melnyak, makedoniyalı arxa xətt oyunçusu Vançe Şikov, veneseulalı yarımmüdafiəçi Edson Kastilyo və əcnəbi hücumçular – rumıniyalı Katalin Tira ilə braziliyalı Denilson Pereyradır. Tira ümumiyyətlə, azarkeşə qarşı təvavüzə görə klubdan qovulub.
Əvəzedici heyətə göndərilənlərə ötən yay transfer olunan braziliyalı müdafiəçi Jayro Filyo Rodriges də əlavə olunub. Bu 7 legioner arasında ən bərbadlardan biri məhz Rodrigesdir. O, "Neftçi”yə fayda vermək əvəzinə bir qayda olaraq zərər vurub. Ötən mövsüm 3 dəfə qırmızı vərəqə almaqla çempionatın antirekordçusu olan Jayro bu mövsüm elə startda "vərdişindən əl çəkməyib” və meydandan qovulub. Sadəcə, bu, 2 sarı vərəqəyə olduğundan, Jayro 1 oyunluq cəza ilə canını qurtata bilib.
Rodrigesin bu mövsüm əsas "qəhrəmanlığ”ı isə avtoqolla bağlıdır. Təsadüfi deyil ki, o, öz qapısına qol vurmaqda komandanın bombardiridir. Yəni "Neftçi”də bu mövsüm Jayro kimi 3 qol vuran olmayıb. Sadəcə, braziliyalı topu öz qapısına göndərməklə rəqiblərinə kömək edib.
"Neftçi"yə bu yay gələn legionerlərin statistik göstəricilərinə nəzər salsaq, Melnyakla Kastilyo ilk 10 turun hamısında meydanda olublar. Dario venesuelalı komanda yoldaşını dəqiqə baxımından qabaqlayır. Sarı vərəqə almadığını nəzərə alsaq, onu "7-lik"də ən babat legioner saymaq olar. Ancaq təbii ki, Melnyakın yer aldığı müdafiənin sol cinahında səhvləri az olmayıb. Kastilyo dayaq yarımmüdafiəçisi mövqeyində "Neftçi”nin liderlərindən olmuş paraqvaylı Erik Ramosu layiqincə əvəzləməli idi. Onların hər ikisi cənubi amerikalı, qonşu ölkələrin təmsilçiləri olsalar da, aralarında yerlə gör qədər fərq var. Kastilyonu Ramosla müqayisə etmək belə düzgün olmazdı.
Santini də zəif legioner idi. O, ilk 8 oyunda meydanda olub və baş məşqçi Elxan Abdullayev son 2 matçda özünün gətirdiyi serbiyalı Boban Baykoviçə şans verib. Krşevan orta hesabla 2-dən artıq qol buraxıb və ən əsası, "Qəbələ”yə 0:8 hesablı darmadağın olduqları matçın iştirakçısı olub. Düzdür, qapıçı ilk 5 qoldan sonra fasilədə gənc həmkarı Maksim Vaylo ilə əvəzlənib. Amma hər halda 45 dəqiqəyə 5 qol buraxmağın özü yaxşı göstərici sayıla bilməz.
Təkcə "Neftçi”nin yox, cari mövsümün ən bahalı legionerlərindən olan Vançe Şikov əsl "səviyyə"sini Qəbələdə etdiyi uşaq səhvi ilə göstərib. Hərçənd, o, Makedoniya millisinin üzvüdür, əsas heyət oyunçularındandır. Ancaq "ağ-qaralar"da cəmi 4 matç keçirən Şikov cəzalanan legionerlər arasında ən zəif göstəriciyə malik olanıdır.
Hücumçular isə heç "Neftçi"yə yaraşmayan idilər. Təsadüfi deyil ki, Tira ilə Pereyra hərəyə cəmi 1 qol vura bilib. Onu da "Kəpəz”ə evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda birgə fərqlənməklə. Tira keçirdiyi 8 oyunun yarısında əsas heyətdə, yarısında sonradan meydana çıxıb. O, "Qarabağ”la matçda 86-cı dəqiqəsində meydana çıxsa da, az sonra - 90+2-ci dəqiqədə azarkeşə yumruq atdığına birbaşa qımızı vərəqə alıb. Denilson isə 9 matçın 7-də əsas heyətədə yer alsa, heç braziliyalıya xas oyun sərgimələyib.
Yay transferlərinin əvəzedici heyətə göndərilmələri onların tezliklə, ümumiyyətlə klubdan qovulacaqlarına ciddi əsas verir. Gedişləri isə onsuz da oyunçu sarıdan korluq çəkən "Neftçi"nin heyətində böyük boşluqar yaradıb. Ancaq Abdullayev zay legionerlərdənsə yerli gənc futbolçulara şans verməyi daha üstün tutub. Bu isə o deməkdir ki, "təmizləmə əməliyyatı" ehtiyatda qalanların əsas heyətə yolunu açır. Milliləşdirilən Vaylo Santininin gedişi ilə yenidən ən azı ehtiyat oyunçular skamyasında yer alacaq. Problem Melnyakın mövqeyində olacaq. Çünki "Neftçi"də başqa sol cinah, solaxay müdafiəçi yoxdur. Məqsəd İsavev sağ cinah müdafiəçisi olsa da, solda da oynaya bilir. Sadəcə, Məqsəd hazırda zədəli olduğundan, heyətdən kənarda qalıb. Ona görə Kamal Qurbanovun sağda yox, solda oynadılması gözlənilir. Sağ cinah müdafiəçisi Mahir Şükürov futbola qayıdıb. Elxan Abdullayevin sağda sərəncamında gənc cinah müdafiəçisi Eltun Yaqublu də var. Müdafiənin mərkəzində Rodrigeslə Şikovun yerinə də gənclər – Rahil Məmmədovla Elvin Bədəlov çıxış edəcəklər.
Kastiyonun komandada olmaması onun kimi yayda transfer edilərək uzun müddət zədə üzündən əsas heyətdən kənarda qalan Murad Ağayevin, habelə Tərzin Cahangirovun qarısında "yaşıl işıq yandırır". "Neftçi"də ən böyük problem hücumdadır. Çünki komandada nominal hücumçular elə Tira ilə Pereyra idi. Belə çıxır ki, Abdullayev hücumda məcburiyyətdən yarımmüdafiəçini oynatmalı olacaq. Yaxud da o, dediyi kimi, 17 yaşlı İbrahim Əliyevə güvənəcək.
"Neftçi"nin heyətində kənarlaşdırdığı legionerlərin statisktik göstəriciləri
1. Krşevan Santini (qapıçı, Xorvatiya) – 8 oyun (675 dəqiqə, -17)
2. Jayro Filyo Rodriges (müdafiəçi, Braziliya) – 9 oyun (805 dəqiqə), 3 avtoqol, 2 sarı, 1 qırmızı vərəqə
3. Vançe Şikov (müdafiəçi, Makedoniya) - 4 oyun (446 dəqiqə)
4. Dario Melnyak (müdafiəçi, Xorvatiya) - 10 oyun (876 dəqiqə)
5. Edson Kastilya (yarımmüdafiəçi, Veneseula) - 10 oyun (784 dəqiqə), 2 sarı
6. Katalin Tira (hücumçu, Rumıniya) - 8 oyun (511 dəqiqə), 1 qol, 1 sarı, 1 qırmızı
7. Denilson Pereyra (hücumçu, Braziliya) - 9 oyun (587 dəqiqə), 1 qol
Mehman SÜLEYMANOV