
Qaret Beyl "Real Madrid"in heyətində tarixi qola imza atıb. Sportnet.az-ın məlumatına grə, 27 yaşlı uelsli yarımmüdafiəçi "Kral klubu"nun Çempionlar Liqası tarixində ən erkən qolunun müəllifi olub. Bu, "Legiya" ilə hazırda davam edən Varşavadakı matçın 57-ci saniyəsində olub.
Topu saxlamadan sol ayağı ilə qapıya göndərən Beyl eyni zamanda baxımlı qola imza atıb.