1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Viktor Mendi: "Bu, çempionat oyunu deyil, finaldır"
"Final oyunlarında şanslar yarıbayarı olur. Amma biz öz oyunumuza köklənib, kuboku alacağıq”. Bu söləri Sportnet.az-a açıqlamasında "Qəbələ” klubunun futbolçusu Viktor Mendi deyib.
Seneqallı hücumçu Azərbaycan Kubokunun finalındakı "Neftçi” ilə matçı bu cür dəyərləndirib: "Düzdür, cari mövsümdəki "Neftçi” matçlarında rəqibin üstünlüyü daha çox olub, amma bu, çempionat oyunu deyil, finaldır. Ona görə də hər kəs kuboku qazanmaq istəyir. Burada güclü olan qalib gələcək. Biz bu oyunda gücümüzə inanırıq və əlimizdən gələni edəcəyik”.
Mendi komandasının Avropa Liqasında öz gücünü göstərəcəyini deyib: "Avropa Liqasında çıxış etmək çox fərqlidir. Çünki orada çox fərqli və güclü rəqiblərlə qarşı-qarşıya gəlirsiniz. Amma, hesab edirəm ki, "Qəbələ” Avropa Liqasında öz gücünü göstərəcək. Əsas məsələ belə oyunlarda təcrübə əldə etmək və daimi olaraq avrokubklara qatılmaqdır”.
O, sonda karyerası barədə də danışıb: "Qəbələ” ilə müqaviləm bu mövsüm başa çatır. Hələ klubla heç bir danışıq aparmamışıq. Bu məsələyə final matçından sonra aydınlıq gələcək. Azərbaycan klublarından yox, xaricdən təkliflər almışam. Görək, necə olacaq?”